4 May 2018 21:28
1 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya İqtisadi Forumu dünya ölkələrində vətəndaşların il ərzində orta hesabla neçə saat işlədiklərini hesablayıb.

Teleqraf.com xəbər verir ki, aşağıda diqqətinizə çatdırılan statistikaya əsasən, ən az işləyən almanlardır. Ən çox işləyənlər isə Meksikada yaşayır.

Mötərizədə göstərilən rəqəm isə orta pensiya məbləğinin ölkədəki orta aylıq əməkhaqqına nisbətidir.

Meksika - 2225 saat (30%)

Cənubi Koreya - 2030 saat (45%)

Rusiya - 1980 saat (38%)

İsrail - 1890 saat (75%)

Litva - 1885 saat (70%)

ABŞ - 1780 saat (50%)

Xorvatiya - 1720 saat (130%)

Kanada - 1700 saat (55%)

Danimarka - 1400 saat (80%)

Niderland - 1420 saat (100%)

Almaniya - 1360 saat (53%)


Müəllif: Teleqraf.com