12 May 2018 08:17
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Altay Dövlət Universitetinin gənc alimləri səs yazısında mümkün dəyişikliyi müəyyənləşdirən sistem hazırlayıblar.

Universitetin mətbuat xidmətindən bildirilib ki, layihə kimliyin identifikasiyasını səsli biometrik məlumatlar üzrə müəyyənləşdirən yerlərdə faydalı ola bilər.

Teleqraf.com “Iktnyus”a istinadən xəbər verir ki, sistem saxta səsləri müəyyənləşdirmək qabiliyyətinə malikdir. Tərtibatçılar komandası sözügedən sistem üzərində 2,5 il çalışıblar. Alimlərin iddiasına görə, onlar yüksək nəticələr əldə etməyə nail olublar. Məsələn, onlar son nailiyyət kimi saxta səsləri aşkar edə bilən analitik modulların yaradılmasını qeyd edirlər.

Alimlərin yeni həlli ilk növbədə fırıldaqçılıqla mübarizə üçün nəzərdə tutulub. Məsələn, bank sistemində sözügedən sistemdən istifadə etmək olar.


Müəllif: Teleqraf.com