15 May 2018 10:35
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İndiana universitetinin neyrobioloqları meymunkimilərə aid olmayan heyvanlarda insanlar üçün xarakterik olan yüksək sinir əlamətləri aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Phys.org” yazıb.

Araşdırma zamanı 13 sıçovuldan istifadə olunub. Onların 12 fərqli qoxunu yadda saxlaması analiz olunub. Sıçovullar testlərdən 87 faizlik uğurla keçib.

Nəticədə onların məlumatları ardıcıllıqla sıralamağı bacaran epizodik yaddaşlarının olduğu sübuta yetirilib.

Gəmiricilərdəki bu tip yaddaş uzun müddətliliyi və davamlılığı ilə səciyyələnir. Alimlərin sözlərinə görə, bu, alsqeymer xəstəliyi kimi nevroloji pozuntulardan əziyyət çəkən, eyni zamanda genetik modifikasiya olunmuş heyvanları araşdırmağa imkan verəcək.


Müəllif: Ruslan