14 May 2018 21:39
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç bir hiss olmadan yaşamaq mümkündürmü?

Teleqraf.com xəbər verir ki, bu sual çoxdandır alimləri düşündürür. Artıq elə bir həb hazırlanıb ki, o insan orqanizmini hisslərdən tamamilə məhrum edir.

Bunu kim icad edib?

1954-cü ildə amerikalı neyrobioloq Con Lilli bütün hisslərdən məhrum olan bir insanın şüurunda nələr baş verə biləcəyilə maraqlanırdı. O, tarixdə ilk dəfə hisslərdən məhrumetmə həbi yaradıb və bununla da çox əhəmiyyətli kəşfin astanasında olduğunun fərqinə varıb.

Nə baş verir?

Həbi qəbul edən şəxs qoxu və toxunma kimi vacib hissləri itirir. Xarici qıcıqlara reaksiya verməyən insanın psixikasında köklü dəyişikliklər yaradır. Müasir kapsulalar eyni prinsipə əsasən yaradılıb .

Bir şəxs suda həll edilmiş “ingilis duzu” ilə doldurulmuş konteynerə batırılır. Duzların yüksək konsentrasiyası çəkisizlik yaradır və insan batmır.

İsti rahatlıq

Ətrafdakı temperatur bizə hisslərimizlə məlumat ötürür. Buna görə də kapsulalarda müəyyən edilmiş 34 dərəcə selsi temperatur su vücuda tez uyğunlaşır və bir neçə dəqiqədən sonra toxunma hissi itir.

Bu kapsulaların sayəsində sizi ətraf mühitdən tamamilə uzaqlaşdırmaq üçün musiqi və ya hər hansı maditasiyaya ehtiyac qalmır.

Son on ilini duyğudan məhrumetmənin sirlərini öyrənməyə həsr edən neyropsixoloq Castin Feynşteyn deyir ki, bir neçə seans ümumi stres səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.

Ağrı sindromunu müalicə edir

Miqrendən əziyyət çəkənlərə daha çox seans təyin edilir. Xarici stimulların olmamasının ağrıları dayandırmağa necə kömək etdiyi dəqiq bilinməsə də, təcrübələr belə kapsulalardan müntəzəm istifadənin kömək etdiyini göstərib.

Bu təhlükəlidir?

Neyrobioloq və psixoloqlar bu kapsulaların insan psixologiyasına təsirini daha dərindən araşdırmağa çalışır. İndiyə qədər ayda bir və ya iki dəfə keçirilən seanslar kapsulaların sağlamlığa müsbət təsir göstərdiyini ortaya qoyub. Amma daha uzunmüddətli istifadə üçün, elm adamları hələ qərar verməyib.


Müəllif: Günay Əli