16 May 2018 08:42
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə taxtının üçüncü vəliəhdi, şahzadə Harri və amerikalı keçmiş aktrisa Meqan Marklın bu həftənin sonuna planlaşdırılan toyları üçün Vindzor qəsrində hazırlıqlar davam edir.

Teleqraf.com xəbər verir ki, mayın 19-da baş tutacaq mərasim üçün xüsusi yeməklər hazırlanır.

600 nəfərin dəvət edildiyi toyun yeməkləri kraliça Elizabetin qəsrin həyətindəki tarlasında yetişdirilmiş tərəvəzlərdən hazırlanacaq.

Artıq Harri və Meqan yeməklərin dadına baxıb.


Müəllif: Mənsur Rəğbətoğlu