16 May 2018 08:28
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Boston Dynamics” kompaniyası “Atlas” robotuna qaçmaq və tullanmaq öyrədib.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin Yutub səhifəsində görüntü yayımlanıb. 33 saniyəlik videoda robotun qaçması və maneənin üzərində tullanaraq keçməsi əks olunub.

“Boston Dynamics” robotun hazırlanmasına 2013-cü ildən başlayıb. Robotdan gələcəkdə insanlar üçün əlçatmaz olan yerlərdə istifadə nəzərdə tutulur.


Müəllif: Ruslan