19 May 2018 08:42
2 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Con Bunn adlı sakini etmədiyi cinayətə görə 27 il həbsdə qalıb.

Teleqraf.com xəbər verir ki, o, Nyu Yorkda 1991-ci ildə 14 yaşında olanda saxlanılıb.

Con və dostu Rosean Harqreyv maşınını qaçırdıqları polisi qəsdən öldürməkdə ittiham olunaraq həbs ediliblər.

2009-cu ildə dedektiv Louis Scarcella istintaqın səhvlərini sübuta yetirib. Yenidən araşdırma aparılıb və Bunn sərbəst buraxılıb.

“27 ildir həyatım üçün mübarizə aparırdım və bu günahsız olduğum sübut olundu. Yaşadığım sevinci təsvir edə bilmirəm”,- deyən Con Bunn sevincindən qərarı verən hakimin əllərindən öpüb.


Müəllif: Ruslan