23 May 2018 11:58
3 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yadplanetlilərlə 4 dəfə görüşən şəxs başına gələnləri danışıb. Teleqraf.com nlo-mir.ru-ya istinadən onun təəssüratlarını təqdim edir:

İlk dəfə

UNO-nu 6-7 il əvvəl görmüşəm. Yay idi, saat 21:30-da dostlarımla həyətdə oturmuşduq. Kimsə təsadüfən səmaya baxdı və qışqırdı.

Səmada görünən obyentdən necə təsirləndiyimi xatırlayıram. Dəyirmi, sonra kvadrat, daha sonra üçbucaq forması alan obyekt kifayət qədər böyük idi. Biz onu bir neçə dəqiqə həyəcanla izlədik. Hətta o, artıq səmadan yox olasa da,mən göyə baxmağa davam edirdim.

İkinci dəfə

Təxminən bir il sonra yenə yay fəslində üç yoldaşımla UNO-nu gördük. Əvvəlcə meşədə iki böyük işıqlı nöqtənin uçduğunu gördük. Onlar bir-birindən tamamilə qısa bir məsafədə eyni xətt üzrə uçdular. Sonra üçüncü tam eyni formalı obyekt də eyni xəttlə uçdu. Ancaq o, əvvəlki ikisindən bir qədər arxada uçurdu. Biz onları yoxa çıxana qədər izlədik.

Üçüncü dəfə

Növbəti hadisə təxminən üç il əvvəl baş verdi. İki yoldaşımla qış gecəsində UNO-nu gördük.

Gördüyümüz obyekt fırça yaxması ilə müqayisə edilə bilər. Sarı qızıl rəngdə idi, parıldayırdı və bir çox kiçik işıqlardan ibarət idi. Təxminən iki dəqiqə seyr edə bildik.

Təəssüf ki, mobil telefonunun kamerasında heç nə görünmədiyi üçün görüntü əldə etmək alınmadı.

Dördüncü dəfə

Sonuncu dəfə keçən qış UNO-nu gördüm. Yenə daha parlaq üç nöqtə var idi, amma bu dəfə üçbucaq formasında idi. Sonra obyektlərdən biri bir anda yox oldu, digər ikisi isə olduqca yüksək sürətlə uçub gözdən itdilər. Hər şey 20-30 saniyədə baş verdi.


Müəllif: Günay Əli