25 May 2018 08:18
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Forbes” jurnalı dünyanın 100 ən bahalı brendindən ibarət növbəti reytinqi tərtib edib. Reytinqdə “Əpl” korporasiyası 8 il ardıcıl olaraq liderdir.

Teleqraf.com “İKTnyus”a istinadla xəbər verir ki, sözügedən jurnal “Əpl” brendini 182,8 milyard dollar dəyərində qiymətləndirib ki, bu da ötən illə müqayisədə 8% yüksəkdir.

“Quql” korporasiyası üçüncü il ardıcıl olaraq reytinqdə ikinci yeri tutub. Bu dəfə internet nəhənginin brendi 132,1 milyard dollar məbləğində qiymətləndirilib ki, bu da illik müqayisədə 30% artım deməkdir. Reytinqin üçüncü pilləsində qərarlaşmış “Microsoft” korporasiyasının brendi 104,9 milyard dollar dəyərində qiymətləndirilib.

İlk beşlikdə, həmçinin “Feysbuk” və “Amazon” şirkətləri yer alıblar.

Dünyanın 100 ən bahalı brendinin ümumi dəyəri bir ildə 10% yüksələrək 2,15 trilyon dollar təşkil edib.


Müəllif: Teleqraf.com