17 İyun 2014 19:50
5 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Musa küyə getsə də, tez ayıldı"

Təranə Qumral və Musa Musayevdən xəbər var. Cütlüyün başı ailə qayğılarına qarışsa da, Təranə Qumral sosial şəbəkələrdə aktiv olmağa çalışır.


Müğənni Teleqraf.com saytına müsahibəsində yay istirahətindən də söhbət açıb.

- Təranə xanım, qarşıdan Ramazan ayı gəlir. Güman ki, siz də bir ay müddətinə istirahətə yollanarsınız. Bunun üçün konkret məkan müəyyənləşdirmisiniz?
- Bizim istirahət üçün öz bağımız var. Rayonlarımızda istirahət etməyi düşünürük. Rayonlardan birində də bağımız var, oraya da yollanacağıq. Baxaq, necə olur. Bilirsiniz ki, toylarla əlaqədar olaraq, biz çox istirahət edə bilmirik. Amma bir ay orucluqda istirahət etməyi düşünürük.

- Xarici ölkələrə getməyi necə, düşünürsüz?

- Bu yay da xarici ölkədə dincəlməyi düşünmürük. Bilirsiniz ki, bu dəqiqə dünayada aləm bir-birinə qarışıb. Rusiyada, Türkiyədə... Buna görə də Azərbaycandan kənara çıxmayacağıq. Ancaq öz vətənimizin gözəl guşələrində olacağıq.

- Siyasətlə maraqlanırsınız?

- Yox, maraqlanmıram. Amma xəbərləri izləyirəm. Əslinə baxanda, heç nəyə qarışmıram. Amma məlumatım çoxdur.

- Sosial şəbəkələrdə nə qədər aktivsiniz?
- Mən İnstagram-dan lap ilk günlərdən istifadə edirəm. Çox adam var, deyir ki, mənim internetdən başım çıxmır, girə bilmirəm. Amma biz hər şeydən xəbərdarıq. Heç nəyə qarışmasaq da... İnternet haqqında da məlumatım çoxdur. İnstagram-da aktiv olsam da, Facebook-da səhifəm bağlıdır. Yadıma gəlir, bir dəfə Musa müəllimin saxta profilini açmışdılar. Mənim müdaxiləmdən sonra bağladılar. Hazırda Facebook-da olmadığım üçün adımıza saxta profilil açılıb-açılmadığını bilmirəm. Çünki bu aralar, toylara görə vaxtım az olur. 6 yaşında olan qızıma başım qarışıb. Bu yaxınlarda da böyük qızımı ərə verdim. Deməyim odur ki, başım öz ailə problemlərimə qarışıb.

- Sosial şəbəkədə nə kimi şəkillər paylaşırsınız?
- Öz ailəmlə bağlı fotoları paylaşıram. Ümumiyyətlə, toylarda, el şənliklərində müğənnilərlə şəkil çəkdirəndə, təsadüfi hallarda İnstgaram-a qoyuram. Müğənnilərlə bir yerdə çox oluruq, amma onlarla çox az şəkillərimi paylaşıram. Sosial şəbəkəyə öz ailəmin qızlarımın və yoldaşımın şəkillərini yerləşdirirəm.

- Bədnəzərə inanırsınız?
- Caduya, pis əmələ inanmıram. Amma nəzərə çox inanıram. Tez-tez də gözə gəlirəm. Allah böyükdür. Pis gözün, əməlin qarşısını o, alır. Mən sadəcə olaraq, “tfu, tfu” deyib, üzərlik yandırıram.

- Şəkillərinizi paylaşmaqla nəzərə gəlməkdən qorxmursunuz?
- Biz onsuz da, göz qabağında olan, tanınmış insanlarıq. Evimdə olan hansısa əşyanı, yaxud da ki, otaqlarımın şəkillərini çəkib paylaşmıram. Ancaq özümüzün şəkillərimizi paylaşıram.

- Bir müddət əvvəl həyat yoldaşınız Musa Musayev sizi xəyanətdə ittiham etdi. Hətta münasibətlər o yerə çatdı ki, boşanmaq qərarını verdiniz. Sonradan isə barışdınız. Hazırda münasibətlər nə yerdədir?
- Çox gözəldir. Hətta mən deyərdim ki, əvvəlkindən də yaxşıdır. Səmimi və mehribanıq. O bir külək idi, əsdi getdi. Pis insanların gözü bizi nəzərə gətirdi. Biz gözəl, mehriban cütlük, ailəyik. Çoxları istəyir ki, bizə oxşasın. Sonradan, 50 yaşında ərə gedənlər, uşaq doğanlar bizə bənzəmək istəyirlər. Amma Musa müəllimlə biz uzun illərdir ki, bir yerdəyik. Uşaqlı-böyüklü bərabərik. 3-5 il yox, 20 ildir ki, bərabərik. Mən Təranəyə baxıb, onun ayaqqabısını geyinib, yeriyə bilməyənlərə arzu edirəm ki, bizim qədər bərabərlikləri olsun. Heç olmazsa, onlar da 5-6 ay bərabər olsunlar. Ailədə hər şey ola bilər. Heç kim ideal deyil. Bizi sevməyənlər, gözü götürməyənlər aramızı vurmaq istədilər. Bu söz-söhbətlər bir az da Musa müəllimin səhlənkarlığından oldu, o, küyə getdi. Tez də ayıldı ki, yox, aranı qarışdırırlar. Bir onu deyirəm ki, bizi gözü götürməyənlərin gözünə ox batsın.

Aysel Şirinzadə


Müəllif: