21 Aprel 2017 13:01
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur ukraynalı müğənni Vera Brejneva Bakıda konsert verib.

Teleqraf.com xəbər verir ki, Vera Brejneva Heydər Əliyev adına Sarayda sevənlərinin qarşısına çıxıb.

Müğənni konsertinə gələn tamaşaçılarına təşəkkür edib:

“Müxtəlif şəhərlərə səyahət etmək, sevimli yerlər görmək, konsert vermək, yeni dostlar qazanmaq sevindirici haldır”.

Səhnədə sevilən mahnılarını səsləndirən Vera Brejneva 6 fərqli əlbisədə performans sərgiləyib.

Qeyd edək ki, konsertdə Avroviziya-2010 təmsilçimiz Safura Əliyeva və bacısı Fidan Əlizadə də iştirak ediblər.

Rəqsanə


Müəllif: