24 Aprel 2017 12:16
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Dövlət Filarmoniyasında IX Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub. Festival Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Teleqraf.com xəbər verir ki, festivalın açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu musiqi bayramını Azərbaycanın mədəni həyatında ən vacib tədbirlərdən biri kimi qiymətləndirib.

O bildirib ki, M. Rostropoviç 2006-cı ildə Bakıda keçirilən “Şostakoviç” klassik musiqi festivalının yaradıcısıdır.

Nazir çıxışı zamanı festival günlərində bir-birindən maraqlı silsilə tədbirlərin, konsert proqramlarının da təşkil ediləcəyini bildirib.

Daha sonra xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi altında Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə festivala start verilib. Konsertdə C. Verdi, P. Çaykovski, O. Respiqi və X. Mirzəzadənin əsərləri səsləndirilib.

Aprelin 27-dək davam edəcək festivalda xarici ölkələrdən dünya şöhrətli musiqiçilər, o cümlədən Rusiyanın Sankt-Peterburq Akademik Simfonik Orkestri, “Vyana-Berlin” Kamera Orkestri, “Drezden Ştaatskapella”, SSRİ Xalq Artisti Yuri Temirkanov və başqaları çıxış edəcəklər.

Nərmin


Müəllif: