24 Aprel 2017 18:14
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Youzviziya–2017 (Youthvision - 2017) Beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin dəstəyi ilə baş tutan konsertdə ümumilikdə 19 ölkə təmsilçisi iştirak edib.

Festivalda Azərbaycanı “Tələbə Baharı” yarışmasının 2010, 2011, 2012-ci illərinin qalibi və 2016-cı ildə Fransanın TF1 kanalında yayımlanan “Səs” (The Voice) yarışmasının iştirakçısı Araz Hümbətli təmsil edib.

İştirakçıların çıxışından sonra səsvermə prosesinə start verilib. Münsiflər heyətinin səsverməsinə əsasən Gürcüstan təmsilçisi Mariam Akobia 1-ci, Qırğızıstan təmsilçisi Colpan Ulubekizi 2-ci, Moldova təmsilçisi Irina Dragu 3-cü yerə layiq görülüblər. Azərbaycan təmsilçisi Araz Hümbətli isə müsabiqənin 4-cüsüsü olub.

Nərmin


Müəllif: