25 Aprel 2017 09:10
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur britaniyalı müğənni Elton Con xəstəxanaya düşüb.

Teleqraf.com Ria Novosti agentliyinə istinadla xəbər verir ki, o, bakterial infeksiya ucbatından iki gün reanimasiya şöbəsində qalıb.

Məlumatlara görə, Con Cənubi Amerikadan Britaniyaya uçuş zamanı özünü pis hiss edib. İnfeksiyanın növünü təyin etmək mümkün olmayıb. İlkin ehtimallarda bu bakteriyaların ölümcül olduğu bildirilib.

Bununla əlaqədar Elton Con növbəti iki ayda planlaşdırılan bütün konsertlərini ləğv edib.

Nərmin


Müəllif: