28 Aprel 2017 15:14
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada verilişlərin birində qonaq olan Ermənistanını Avroviziya-2016 təmsilçisi İveta Mukuçyan təmsilçimizin mahnısı haqqında iddia irəli sürüb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, İveta Mukuçyan Azərbaycanı müsabiqədə təmsil edən Diana Hacıyevanın ifa etdiyi “Skeletons” mahnısının keçən il ona təklif edildiyini deyib:

“Skeletons”mahnısından xəbərdaram. Keçən il mənə də göndərilmişdi, amma oxumadım”.

Qeyd edək ki, “Skeletons”mahnısının müəllifləri İsa Məlikov və Sandra Bjurmandır.

İveta Mukuçyan Avroviziya 2016-da ölkəsini “Lov Vayv” mahnısı ilə təmsil edib.

Rəqsanə


Müəllif: