11 May 2017 22:59
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avroviziya 2017" mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı.

Teleqraf.com xəbər verir ki, Kiyevdə keçirilən "Avroviziya 2017" müsabiqəsində 18 ölkə, Avstriya, Serbiya, Makedoniya, Malta, Ruminıya, Niderland, Macarıstan, Danirmarka, İrlandiya, San – Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarus, Bolqarıstan, Litva, Estonya, İsrailin təmsilçisi səhnəyə çıxır.

Yarışmada 10 ölkə finala vəsiqə qazanacaq.

"Avroviziya 2017" Kiyevdə Beynəlxalq Sərgi Mərkəzində baş tutur.

Qeyd edək ki, təmsilçisimiz Diana Hacıyeva "Skeletons" mahnısı ilə ilk yarımfinalda səkkizinci sırada səhnəyə çıxdı və finala vəsiqə qazandı.

Xatırladaq ki, "Avroviziya 2017"-nin finalı mayın 13-də baş tutacaq.

Rəqsanə


Müəllif: