21 May 2017 08:21
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində istedadlı cazmen və bəstəkar, pianoçu Elçin Şirinovun və qrupunun konserti keçirilib.

Teleqraf.com xəbər verir ki, konsert “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunub.

Konsertdə, həmçinin Emiliya Yaqubova, Şamil Məmmədov, Ramiz Sevdiməliyev və Nicat Paşazadənin ifasında milli və xarici bəstəkarların əsərlərindən ibarət kompazisiya səsləndirilib.

Qeyd edək ki, Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs alıb. O, çoxsaylı beynəlxalq festivallarda iştirak edib.


Müəllif: Teleqraf.com