27 May 2017 15:39
3 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Deyirlər, oxuduğum mahnıları “qara camaat”, kənd camaatı sevir, mən bununla razıyam. Amma əgər elitar təbəqə məni dinləmirsə, onda niyə onların toy məsliclərinə dəvət alıram?”

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Damla jurnalistlərə açıqlamasında barəsində yayılan şayiələrə aydınlıq gətirərkən deyib.

“Qara camaat” ifadəsini heç sevmirəm, mən onlara zəhmətkeş insanlar deyirəm. Əgər mən adi insanların, zəhmətkeş kəndlinin, zəhmətkeş müəllimin, kənd xanımının övladının sevgisini qazanıramsa xoşbəxtəm. Bunu deyən sənət dostlarıma yaşadığım uğura onların da çatmasını arzulayıram. Desinlər ki, Damla kəndçidir, zövqsüzdür. Mən sənətçiyəm dostlar, model deyiləm.

Müğənninin kriteriyaları səs, yaxşı aranjiman, güclü səsyazma studiyası, peşəkarlıq, intellektual səviyyə, danışıq qabiliyyəti, səhnə mədəniyyəti olmalıdır. Mən efirlərdə toy repertuarı ilə çıxış etmirəm, heç toy mahnım da yoxdur. Amma çoxları toy mahnıları yazdırır və efirdə də toy mahnıları oxuyur”.


Müəllif: Pərvin