10 İyun 2017 16:45
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avroviziya–2017 mahnı müsabiqəsindəki iştirakından sonra Dihaj “The End of Sunrise” adlı yeni albomu və solo konserti üzərində işləyir.

Teleqraf.com xəbər verir ki, iyulun 14-də Yaşıl Teatrda keçiriləcək möhtəşəm konsertdə ifaçı yeni albomundan olan xüsusi musiqi parçalarını təqdim edəcək.

Konsertin özəl qonaqlarından biri 2015-ci ildə “Avroviziya” mahnı yarışmasında Azərbaycanı təmsil edən və 2014-cü ildə Türkiyədə “O səs Türkiyə” yarışmasının qalibi olan Elnur Hüseynovdur.

Qeyd edək ki, Avroviziya səhnəsində “Skeletons” mahnısı ilə çıxış edən Dihaj 120 xalla 14-cü yeri tutsa da, bir neçə ölkənin favoriti seçilmişdi.


Müəllif: Könül Əlibəyli