10 İyun 2017 20:00
1 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni mahnımız “Ləzzət eləyir” adlanır. Tezliklə klip çəkilişlərinə başlamağı düşünürük. “Dance-pop” janrında olan bu mahnı ilə bağlı gözləntilərimiz yüksəkdir. Düşünürük ki, adına uyğun olaraq, bu mahnı hamıya ləzzət eliyəcək.

Bu sözləri “Mənfi 40 dərəcə” mahnısı ilə gənclərin sevimlisinə çevrilən və pop aləmində səs-küyə səbəb olan ifaçı Rauf Teleqraf.com-a danışarkən deyib.

Rauf onu da qeyd edib ki, tez bir zamanda yeni solo konsertə və klip təqdimatına hazırlaşır.

Qeyd edək ki, onun “Müsbət 40 dərəcə” adlı axırınıcı solo konserti ötən ilin yayında baş tutmuşdu.


Müəllif: Könül Əlibəyli