16 İyun 2017 13:27
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış musiqiçi və müğənni Emin Ağalarov ABŞ Prezidenti Donald Trampın doğum gününü qeyri-adi tərzdə təbrik edib.

Teleqraf.com xəbər verir ki, Emin rəsmi instaqram səhifəsində öz ailə üzvləri ilə ABŞ prezidentinin birgə görüntüləndiyi video rolik yerləşdirərək, təbriklərini ünvanlayıb. “Cənab prezident doğum gününüz mübarək! Daha da irəli!” – deyə Emin Ağalarov qeyd edib.

Xatırladaq ki, ABŞ-ın 45-ci prezidenti Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatının Kuins şəhərində dünyaya gəlib.


Müəllif: Kəmalə