21 İyun 2017 20:12
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Qəndab Quliyeva reanimasiyaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə APA-ya Respublika Diaqnostika Mərkəzindən xəbər verilib.

Xəstəxanadan bildirilib ki, Qəndab Quliyeva iyunun 16-da xəstəxanaya yerləşdirilib və onun vəziyyəti orta-stabil qiymətləndirilir:

“Qorxulu, ciddi mənada narahatlıq yaradan problem olduğunu deyə bilmərik. Artıq beş gündür xəstəxana müalicə alır. Əvvəl palataya yerləşdirilmişdi, bu gün isə reanimasiyaya köçürülüb”.


Müəllif: Teleqraf.com