23 İyun 2017 18:33
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə Bakıya gələn popstar Tarkan İnstaqram hesabından “Alov qüllələri”nin fonunda çəkdirdiyi fotosunu paylaşıb.

Teleqraf.com-un məlumatına görə, müğənni ürək sözlərini də qeyd edib:

“Bakı... Mən dünən gecə gəldim və ayağımın tozuyla özümü səhnədə tapdım. Bu da məşqdən bir foto...”

Formula 1 oyunlarının Bakı konsertinə hazırlaşan müğənni Azərbaycanı sevdiyini dönə-dönə vurğulayıb:

“Azərbaycanda olmaq üçün və sizlər üçün çox darıxmışam. Konsert həyəcanı da başladı. Axşam görüşmək ümidilə…”


Müəllif: Könül Əlibəyli