28 İyun 2017 22:14
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Titanik” filminin soundtrekini ifa etməklə adını brendə çevirən Selin Dion bu gün İnstaqramda oğlu ilə şəklini paylaşaraq “Musiqi ailə işidir. Oğlumla fəxr edirəm!” sözlərini yazıb.

Teleqraf.com-un xəbərinə görə, “Celine Dion Layv - 2017” konsertində Maykl Ceksona həsr olunan “Ağ, ya qara” mahnısını ifa edən zaman müğənninin duet ortağı oğlu Rene-Şarl Ancelil olub. Musiqinin rep hissəsini ifa edən oğlunun qazandığı alqış sədaları müğənni anasının alqış səslərini üstələyib. Lakin maraqlısı budur ki, həmin ifa zamanı məşhurun oğlu səhnəyə çıxmayıb. Onun ifa etdiyi hissələrdə o, anasının arxasındakı böyük monitorlarda göstərilib.


Müəllif: Könül Əlibəyli