8 İyul 2017 18:38
1 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

1996-cı il iyulun 8-də tanınmış “Spice Girls” qrupu tərəfindən ilk dəfə səsləndirilən “Wannabe” mahnısının 21 illiyi münasibətilə dünya şöhrətli aktyor və aktrisalar maraqlı performans göstəriblər.

Teleqraf.com xəbər verir ki, Hollivud ulduzları Nikol Kidman, Cemys Franko, Aleksand Skarsqard, Milli Broun birləşərək bu mahnını ifa etməyə çalışıblar.

Britaniyanın unudulmaz hitini aktyorlar necə bacarıblarsa, elə də oxuyublar.

Skarsqardın musiqi duyumu olmadığı üçün sadəcə mahnının sözlərini qışqırmağa başlayıb. Nikol Kidman isə mahnının sözlərini ehtiraslı replikalar kimi səsləndirib. Bu ifada yalnız aktrisa Milli Broun uğurlu nəticə əld edib. Həmin videonu sizə təqdim edirik.


Müəllif: Könül Əlibəyli