12 İyul 00:06
654

Cənubi Koreya ifaçısı Psayın "Gangnam Style" klipi artıq yutubda ən populyar video hesab olunmur.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu klipə görə yutub vaxtilə baxış sayının hesablanması üçün 64 bitlik sistemə keçmişdi.

Hazırda kliklərin sayına görə birincə yerə "Forsaj 7" filmindən "See You Again" mahnısı çıxıb.

Viz Xəlifə və Çarlie Puzun ifa etdiyi mahnının video rolikinə baxış sayı 2 895 552 454, cənubi koreyalı ifaçının klipinə baxış isə 2 894 479 586 klik təşkil edib.

"See You Again" mahnısı "Forsaj 7" filminin saundtreki üçün, həmçinin filmin aktyoru Paul Valkerin xatirəsinə yazılıb.

Pol Valker 2013-cü ildə filmin çəkilişlərini başa çatdırmadan avtomobil qəzasında həlak olmuşdu.

Yutubda izlənmə sayına görə üçüncü yeri Castin Bieberın "Sorry" adlı klipi tutur.


Müəllif: Teleqraf.com