13 İyul 2017 14:59
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailəmlə 14 il Azərbaycanda yaşadım və oradakı hər dəqiqəmi sevdim.

Teleqraf.com xəbər verir ki, bu sözləri amerikalı Kendra Moriah öz feysbuk səhifəsində paylaşıb.

Onun sözlərinə görə, ABŞ-ın Texaş ştatında doğulub: “Mən Texasda doğulmuşam. Anam Floridadan, atam isə Kaliforniyadandır. Amma mən Azərbaycan adlı xarici ölkədə böyümüşəm. Ailəmlə 14 il orada yaşadım və oradakı hər dəqiqəmi sevrdim”.

Kendra şəbəkədə video paylaşaraq, bildirib ki, Azərbaycanı çox sevir və darıxır. Həmçinin mahnı yazacağına söz verən Kendra az sonra Rəşid Behbudovun “Lalələr” mahnısını ingilis dilində ifa edib.

Videonu təqdim edirik.


Müəllif: Şəfiqə Nazimqızı