19 İyul 2017 14:26
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən xalq artisti Könül Xasıyeva üçün xeyriyyə tədbiri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, toplantı- konsert “Loqos” psixologiya və nitq mərkəzinin binasında iyulun 21-də, saat 17:00-da baş tutacaq.

Sənət adamlarının iştirak edəcəyi tədbirdən əldə olunan gəlir muğam ifaçısına veriləcək. Bu vəsait Könül xanımın müalicəsinə sərf olunacaq.

Qeyd edək ki, onurğa iflicindən əziyyət çəkən K.Xasıyeva hazırda müalicə alır. Onun müalicə xərclərini aparıcı Hacı Nuran Hüseynovun “Həyat” fondu qarşılayır.


Müəllif: Könül