25 İyul 2017 13:33
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nisə Qasımova "Ana” adlı yeni mahnısını ifa edib.

Teleqraf.com xəbər verir ki, bəstənin musiqisi Sevinc Tofiqqızına, sözləri millət vəkili Qənirə Paşayevaya məxsusdur.

Nisə Qasımova yeni işi ilə bağlı fikirlərini bildirib: “Sevinc Tofiqqızının mahnılarını dinləyir, bəyənirdim. Eyni zamanda da Qənirə Paşayevanın şeirini öz dilindən eşitmək mənətəsir etdi. Biz üçümüz səmimi görüş keçirdik, Qənirə xanım şeirini dedi, mən də çox bəyəndim. Dedim ki, bu, mənlikdir. Şeirin dərin fəlsəfəsi var. Çoxdandır ana haqqında mahnı oxumaq istəyirdim, amma xoşuma gələni olmurdu. Oxudum, lakin hələ də ifam tam ürəyimcə deyil".


Müəllif: Könül