25 Mart 2018 20:25
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Fidan Hacıyeva Londonda konsert verəcək.

Teleqraf.com xəbər verir ki, o bu barədə məlumatı sosial şəbəkədə yayıb:

“Konservatoriyanı bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadın olan və dahi Üzeyir Hacıbəylidən dərs almış Ədilə Hüseynzadənin mahnılarından ibarət möhtəşəm konsertimiz Londonda baş tutacaq. Məqsədimiz Azərbaycanın zəngin mədəni irsini, ölməz sənətkarımızın əsərlərini dünyaya tanıtmaqdır. Bu konsertlər silsilə olaraq davam edəcək”.

Qeyd edək ki, konsert may ayının 16-da baş tutacaq.


Müəllif: Nərmin