29 Aprel 2018 01:45
2 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müüğənni Seda Sayan şiddətli qarın ağrıları səbəbindən təcili xəstəxanaya yerləşdirilib.

Teleqraf.com-un xəbərinə görə, o, xəstəxana palatasından şəkil paylaşaraq “Apar-topar xəstəxanadayıq” sözlərini yazıb.

Maqazin çevrələrindəsə Acıbadam Xəstəxanasında həkim nəzarətində olan sənətçinin apendisit əməliyyatı keçirdiyi söylənilir. Bildirilir ki, onun Show TV-dəki müəllif proqramının yayımı bir müddət dayandırılacaq. Müğənni özü bu haqda heç bir bilgi verməyib.


Müəllif: Nahid