Amerikalı məşhur müğənni Bob Dilanın gitarası auksionda satışa çıxarılıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda “Julien's Auctions” evinin keçirdiyi auskionda gitara 490 min dollara satılıb.
Bob Dilanın ilk dünya turu zamanı istifadə etdiyi gitara 1965-ci ildə hazırlanıb.