11 Avqust 18:08
606

Teleqraf.com şair Emil Rasimoğlunun Əlisəmid Kürə ithaf etdiyi ağrılı şeiri təqdim edir:

***

Yarı adam, yarı at

söykənib uçmuş divara.

Sən hansısan, Əlisəmid Kür?!

Bəlkə də heç biri deyilsən,

Elə Allah kimi

bəlkə də hamısısan, Əlisəmid Kür!

Hər "sağlıq" dedikcə ölürsən

bir badənin dibində,

Öldükcə,

qaçıb gizlənib özündən

Gülürsən bir badənin dibində...

Sən demə, hər gün

əlil olmuş taleyinin qucaqlayıb

Əlisəmid-Əlisəmid ağlamaqdı bu həyat.

Nə bilim, ay yarı adam, yarı at.

Hardasa şəklin qocalıb

bir qadının qarğışında...

Nə bilim ee, nə bilim,

bəlkə də qəbrində,

bəlkə də sonuncu qışında...

Dişləri vətənimə bənzəyən şair, eşidirsənmi...

Tanrı həpsxanaları öldürə bilmir.

Sən ömründə neçə həbsxana öldürmüsən,

Qanına oğlun, qızın bulaşıb...

Yarı adam, yarı at

söykənib uçmuş divara.

Sən hansısan, Əlisəmid Kür?!

Bəlkə də heç biri deyilsən,

Elə Allah kimi

bəlkə də hamısısan, Əlsəmid Kür !

...Səni Vətən unudacaq,

dilənçilər unutmayacaq.

Bir ağac tap, bir kəndir,

bir də ağlamağı sevən adam.

Allaha ümid olma...


Müəllif: Teleqraf.com