31 Oktyabr 2017 21:45
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qiraәtçi"dә şair Roma Xosrov "O kәsilәn ağac deyil" şeiri ilә.

Teleqraf.com şeirin mәtnini vә videonu tәqdim edir.

Sәslәndirmә müәllifә mәxsusdur.

O KƏSİLƏN AĞAC DEYİL

O ağacın qollarını,
O kimdir kəsir görəsən?!
Budağı qorxu içində,
Yarpağı əsir görəsən?!

O ağacda yuva qurub,
Quşlar ora yem gətirdi.
Ağac qolun itirəndə,
Quşlar da evin itirdi.

Qurdlar yedi için, çölün,
Qarışqalar köçüb getdi.
Kölgəsinə sığınanlar,
Baxıb gendən, keçib getdi.

Bu şəhərdə havam çatmaz,
Hər küçəsi bir qəfəsdir.
O kəsilən ağac deyil,
O aldığımız nəfəsdir.


Müəllif: Roma Xosrov