30 Yanvar 2018 21:00
5 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış yazıçı Pərviz Cəbrayılın bu yaxınlarda 47 yaşı tamam olub.

Yazıçının öz ad gününə həsr etdiyi şeir oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Beləliklə, Teleqraf.com “Xəzərin səsi” layihəsində həmin şeiri təqdim edir.

Bir il də basdırdın getdi,
Bu gün çıxır ili, adam!
Sənə ömürlük iş düşür,
Ay illər qatili adam.

Gizlənqaç oynama Haqnan,
Nə böyüknən, nə uşaqnan,
İçin görünür uzaqdan,
Aynalı, şüşəli adam...

İtər, əriyər içində,
susar, kiriyər içində,
ölər çürüyər içində...
yenə də nəşəli adam.

Çatır ixtiyar yaşına,
çaşıb qalırsan işinə:
ağ tük çıxammır başına -
qat-qat, mərtəbəli adam.

Bu dünyası soyuq məzar,
“soyuq məzar”dan kim bezar?
Durub, bir də şeir yazar
məzardakı ölü adam?

Dəli adam... Dəli adam...


Müəllif: Xəzər Süleymanlı