2 Fevral 2018 15:06
3 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiraətçi”də Ömər Xəyyamın “Mən ölmüşəm, Vitka” şeiri.

Teleqraf.com təqdim edir:

Mən ölmüşəm, Vitka...

Məhlədə Vitya var,

Ya Vitya vardı...

Yaman içəndi,

İçər, coşardı...

Tamaşa verərdi:

Min bir gecəydi.

Özüydü bütün rollarda,

Özü də bir neçəydi.

Blokun ağzında

skamyada oturardı

Bərkdən özünü danlar,

Sonra yerini dəyişərdi,

keçib o ucda oturardı.

Sonra səsini dəyişər

“Belə demə, Vitka”, - deyərdi,

Küsərdi.

...Dünən,

Min birinci gecə

yenə danlayırdı özünü.

Danladı, danladı...

Sonra keçdi o tərəfə,

o biri Vityanın yerinə.

Yavaşca dedi:

- Mən ölmüşəm, Vitka,

Getmə dərinə...


Müəllif: Teleqraf.com