17 Aprel 2017 18:46
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Viktor Denisovun “Bulvarda qürub çağı” (Bulvar zaxodyaşeqo solntsa) pyesi əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.

Teleqraf.com xəbər verir ki, tamaşa müəlliflə razılaşdırılaraq “Bulvar Sanset” adı ilə repertuara daxil edilib.

Tamaşaçılar səhnə əsərində Hollivud ulduzu Nora Desmondun heyrətamiz həyat hekayəsi ilə tanış olublar.

Tamaşada Nora obrazını xalq artisti Lyudmila Duxovnaya canlandırıb. Tamaşada, həmçinin xalq artisti Yuri Balıyev, aktyorlar Yaroslav Trifonov, Olqa Arsyentyeva çıxış ediblər.

Tamaşanın quruluşçu rejissoru İlqar Saffatdır.


Müəllif: