19 Aprel 2017 13:09
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gənc Tamaşaçılar Teatrı” Beynəlxalq Teatr Festivalına Rusiyaya yollanır. Festival 20 apreldən 27 aprelə qədər davam edəcək.

Bu barədə Teleqraf.com-a teatrın mətbuat katibi Hüsniyyə Quliyeva məlumat verib.

Onun sözlərinə görə, “Hərarətli ürək” klassik rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında ölkəmiz Qoqolun “Dəlinin qeydləri” tamaşası ilə təmsil olunacaq.

Əməkdar artist Şövqi Hüseynovun ifasındakı tamaşa artıq bir neçə beynəlxalq teatr festivalında uğurla iştirak edib, xüsusi diplom və mükafatlara layiq görülüb.

Nərmin


Müəllif: