24 Aprel 2017 15:05
2 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabov vəfat edib.

11:57

Teleqraf.com xəbər verir ki, bu barədə APA-ya Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə məlumat verib.

Dəfn yeri və vida mərasiminin keçiriləcəyi yer dəqiqləşdirilir.

Ramiz Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub.

"Şöhrət" ordeni ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi.

Ramiz Zöhrabovun oğlu rejissor Rəşad Zöhrabovu 22 oktyabr 2016-cı ildə avtomobil vurub və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var idi.

***

12:14

Xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi saat 12:00-dan 14:00- a kimi Təzə Pir Məscidində baş tutacaq.

Bu barədə Teleqraf.com-a Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə məlumat verib.

O bildirib ki, Ramiz Zöhrabov II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Ramiz Zöhrabov 2 may 1939-cu ildə Bakı şəhərində anadan olub. Bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Nərmin

***

15:05

Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi keçirilib.

“Report”un məlumatına görə, Təzəpir məscidində keçirilən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Bəstəkar II Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, R.Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub. “Şöhrət” ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü idi.


Müəllif: