26 Aprel 2017 09:36
4 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvəzsiz baba, mehriban ata, sevən həyat yoldaşı, sədaqətli dost, gözəl insan, görkəmli sənətkar! Mənim ömür-gün yoldaşım!!! Sənsiz necə də darıxıram, Yusif!

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Amaliya Pənahova həyat yoldaşı Yusif Muxtarovu xatırlayarkən deyib.

Qeyd edək ki, bu gün xalq artisti, “Qızıl Dərviş” mükafatçısı Yusif Muxtarovun anım günüdür.

O, aprelin 23-ü 1941-ci ildə dünyaya göz açıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor vəzifəsi ilə başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1991-ci ildə ona əməkdar artist fəxri adı verilib.

1992-ci ildən 2010-cu ilədək Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub.

O, həmçinin bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Bunlara “Qəribə adam”, “İki qardaş”, “Vaqif”, “Xoşbəxtlər”, “Söyüdlü arx” televiziya tamaşalarında və “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” filmlərində yaddaqalan obrazlar yaradıb. Azərbaycan radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılır. Azərbaycan dilində tərcümə filmlərin dublyajında onun səsi ilə mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskinə onun səsi yazılıb, qorunur.

O 26 aprel 2010-cu ildə ürək çatışmazlığından vəfat edib.

Pərvin


Müəllif: