27 Aprel 2017 15:06
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 28-də Bakıda Üçüncü Britaniya Bahar Film Festivalına start veriləcək. Festivalı Nizami Kino Mərkəzi, Britiş Konsul Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi birgə keçirəcək.

Bunu Teleqraf.com-a açıqlamasında Britiş Konsul Azərbaycan-ın direktoru Elizabet Uayt bildirib.

“Festivalda yeni filmlər təqdim ediləcək. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar”, - Elizabet Uayt deyib.

Mayın 4-dək davam edəcək festivalda qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş altı məşhur film – “Yetkinlik həyatının bacarıqları”, “Mən, Deniel Bleyk”, “Yan, Yan, Yan”, “Daşqın”, “Möhtəşəm həyat” və “Etel və Ernest” tamaşaçılara təqdim olunacaq.

Festivalın açılış filmi Reyçel Tunnardın mükafat almış “Yetkinlik həyatının bacarıqları” komediyasıdır. Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq. Digər filmlər ingilis dilində, rus dilində alt yazılarla nümayiş ediləcək.

Nərmin


Müəllif: