28 Aprel 2017 12:36
1 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 27-si Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Canlı həyat” adlı sərgisinin açılışı olub.

Teleqraf.com xəbər verir ki, “Canlı həyat” sərginin açılışında Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, sərgidə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, rusiyalı məşhur aparıcı Andrey Malaxov, teleaparıcı Hacı Nuran və bəzi tanınmışlar iştirak ediblər.

Sərgi mayın 24-dək davam edəcək.

Rəqsanə


Müəllif: