28 Aprel 2017 16:32
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Azərbaycan dilində çəkilən “Ev” filmi Fəcr Beynəlxalq Film festivalında bir neçə nominasiya üzrə mükafata layiq görülüb.

Teleqraf.com xəbər verir ki, Əsgər Yusifinecatın rejissoru olduğu “Ev” filmi festivalda “Ən yaxşı ssenari”, “Ən yaxşı film” nominasiyasında qalib olub, eyni zamanda festivalın “Asiya kinosu mükafatı”na layiq görülüb.

Festival aprelin 21-dən 28-nə kimi Tehranda keçirilən Fəcr Beynəlxalq Film Festivalına 58 ölkədən 140 film təqdim olunub.

Festivalda Rusiya, Fransa, Almaniya, Yaponiya, İsveç, Misir, Bolqarıstan, Polşa və başqa ölkələrlə yanaşı, Azərbaycan filmləri də nümayiş olunub.

Nərmin


Müəllif: