3 May 2017 14:39
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Gənc Sinemaçılar Klubu təsis edilib.

Kinostudiyadan Teleqraf.com-a verilən məlumata görə, “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin sədri, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov klub üzvləri ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə edib.

Elçin Musaoğlunun təşəbbüsü ilə təşkil olunan klubun üzvləri Azərbaycanda və xaricdə profil üzrə təhsil almış iddialı gənc kinematoqrafçılardır.

Nərmin


Müəllif: