4 May 2017 12:04
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur aktrisa, “Akasya durağı”nın Diləyi Pelin Sönməz Teleqraf.com-un suallarını cavablandırıb.

- Pelin xanım Bakıda “Yanlış anlama” filminin çəkilişləri davam edirmi?

- Bəli, çəkilişlər davam edir. Bir az gərgin işlədiyimizə görə Bakını gəzə bilmirəm. Sadəcə filmin çəkildiyi məkanları tanıyıram. İçərişəhər çox xoşuma gəldi.

- Bakıda sevildiyinizi bilirdinizmi?

- Sosial şəbəkədə xoş sözlər yazırdılar, amma Azərbaycanda bu qədər sevildiyimdən və “Akasya durağı”nın çox izləndiyindən xəbərsizidim. Azərbaycanlı qardaşlarımıza xoş qarşıladıqlarına görə təşəkkür edirəm.

- Bir neçə gün öncə Bakıda konsert verən Kibariyə Şüvələnda villa aldı. Siz necə, burada ev almağı düşünürsünüz?

- Bəli, Bakıda ev almaq istəyirəm. Hətta “Ağ şəhər”də evlərin qiyməti ilə maraqlandım.

- Azərbaycanlı ilə ailə qurarsınız?

- Sevsəm, ailə quraram.

- Bir müddət əvvəl iş adamı Çingiz Çolaqdan ayrıldınız. İkinci dəfə evlənməyi düşünürsünüz?

- Planla ailə qurmaq mümkün deyil. Ailə quracağınız insanın nə zaman qarşınıza çıxacağını öncədən bilmək olmur.

Rəqsanə


Müəllif: