5 May 2017 16:27
2 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balaca Səməd təkbaşına mafiya ilə mübarizəyə başlayır. “Samedik”i “Evdə tək” filminə bənzədənləri kinoteatrda sürpriz gözləyir.

Bu sözləri Teleqraf.com-a iyunun 1-də kinoteatrlarda nümayiş olunacaq “Samedik” adlı uşaq komediya filminin prodüseri Ramiz Hüseynzadə deyib:

“Filmdəki hadisələrin əsas hissəsi Səmədin babasının evində cərəyan edir. Çünki çox dəcəl olduğuna görə onu babasının yanına - bağ evinə göndərirlər”.

Çəkilişlər Bakı və Abşeronda aparılıb. Filmin rejissoru Sahil Nəzərov, quruluşçu operatoru Əhməd Barasov, prodüseri Ramiz Hüseynzadədir.

Filmin qala gecəsi 1 İyun Beynəlxalq Uşaq Günündə baş tutacaq.

Nərmin


Müəllif: