9 May 2017 18:22
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni serialla ekranlara qayıdan amerikalı məşhur kinorejissor Devid Linç kinodan ayrıldığını açıqlayıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Linç daha tammetrajlı film çəkməyəcəyini deyib.

O, bu qərara gəlməsində kino sektorunda baş verən dəyişikliyin önəmli rolu olduğunu qeyd edib:

“Müsbət fikirdə olduğun filmlərin kinoteatr nümayişlərində uğur qazana bilməməsini görmək dəhşətlidir”.

Devid Linç 1946-cı ildə anadan olub. 70-ci illərin əvvəllərindən film çəkməyə başlayıb. "Malholland sürücüsü", "Mavi məxmər", "Fil insan", "Heç hara gedən şosse" filmlərinə və "Tvin Piks" serialına görə tanınır. Linçin son tammetrajlı 2006-cı ildə prokata çıxan "Daxili imperiya" filmidir. Ondan sonra Linç bir neçə qısametrajlı film çəkib.

Pərvin


Müəllif: