11 May 12:43
991

Əməkdar artist Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Teleqraf.com onunla qısa müsahibəni təqdim edir:

- Naibə xanım, yenidən xəstəxanaya düşdünüz. Bu dəfə səbəb...

- Əsəb sistemim pozulub. Gərginlikdən bu vəziyyətə düşmüşəm. Qəflətən halım dəyişir. Hər şeyi demək də olmur... Yenidən Bakı Sağlamlıq Mərkəzinə gəldim. Çox pis vəziyyətdə idim. Aktrisa Nübar Novruzaovanın bağına getmişdim, birdən səhhətim pisləşdi. Ayaqlarım tutuldu...

- Bəs həkimlər nə deyir?

- Həkimim deyir ki, əsəblərin pis gündədir. Hər şey gərginlikdəndir. Beynim yorulub. Son zamanlar yaşamaq mənə çətin gəlir. Heç nəyə gücüm yoxdur, dünyadan heç nə ummuram. Yalnız bu xəstəlikdən qurtulmağı arzulayıram. Beynim yorğundur, yüklüdür, azad olmaq istəyir... Nə qədər dərman içirəm, xəstəlik məndən əl çəkmir. Sanki həyat mənim üçün bitir. Allaha yalvarıram ki, bu xəstəlikdən xilas olum.

- Sizi narahat edən nədir - ailəniz, yoxsa işlə bağlıdır?

- Bu haqda heç nə deyə bilmərəm. Hərdən deyirəm ki, anam məni niyə dünyaya gətirdi? Kimə lazımam?

- Həyat yoldaşınızla münasibətiniz necədir?

- Yaxşıdır, xəstəxanaya gəlib-gedir.

Rəqsanə


Müəllif: