12 May 2017 12:51
3 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Park Sinemada (Park Cinema İMAX) “Məlikməmməd və Ziba” filminin qala gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, gecəyə filmdə rol alan aktyor və aktrisalarla yanaşı tanınmış simalar da qatılıb.

Ekran əsərində Məlikməmməd obrazını Nofəl Şahlaroğlu, digər rolları isə Qorxmaz Əlili, Əzizağa Əliyev, Teymur Məmmədov, Mətanət Əliverdiyeva, Rəşid Səməndər, Fatma Mahmudova, İntiqam Soltan, Aynur Abbasova, Nərgiz Zamir canlandırıb.

Rejissor Ruslan Hüseynov film barədə bunları deyib:

“Məlikməmməd klassik ad və qəhrəman olsa da, filmdəki hadisələr müasir zamanda baş verir. Film borcu olan Məlikməmmədin başına gələn əhvalatlardan bəhs edir. Əsasən peşəkar aktyor heyəti ilə çalışmağa qərar verdik”.

İlin ən bomba komediyası kimi təqdim olunan filmin digərlərindən fərqinə gəlincə, rejissor bildirib ki, çəkilən bütün komediya filmləri bir-birindən fərqlənir: “Biz də komediya janrına müraciət etdik, çünki tamaşaçılar gülməyi daha çox sevir. Tamaşaçımız dram janrlı filmləri sevsə də, bir həqiqət var ki, Azərbaycan dramasına izləyici inanmır. Çünki türk dramasına baxan tamaşaçı bizim dram filmlərimizə maraq göstərmir.

Türk komediyasını sevməyən Azərbaycan tamaşaçısı isə öz komediyamıza məmnuniyyətlə baxır. Bir sözlə, Azərbaycan komediyası daha çox baxılır və daha çox satılır”.

Nərmin


Müəllif: