18 May 2017 11:22
1 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il olduğu kimi dünyaca məşhur modellər 70-ci Beynəlxalq Kann Kinofestivalında səmimi rəftarları, açıq-saçıq geyimləri ilə yadda qalıblar.

Teleqraf.com xəbər verir ki, müsəlman olmaqdan qürur duyduğunu hər zaman dilə gətirən model Bella Hadid gecəyə atası ilə bərabər qatılıb. Hadid fotosessiya zamanı fotoqraflardan birinin əlindən düşən telefonu kübarcasına sahibinə təqdim edib.

Emeli Ratkovski diqqət çəkmək məqsədilə festivalın açılışına yaxın çılpaq fotosunu İnstaqram hesabından paylaşaraq mərasimə hazırlaşdığının siqnalını verib.

Portuqaliyalı model Sara Sampayo qırmızı donu və gözəlliyi ilə göz oxşayıb.

Məşhur aktyor Conni Depp və Vanessa Paradinin evliliyindən dünyaya gələn aktrisa-model Lili Rouz Depp də qonaq qismində mərasimdə iştirak edirdi.

Pərvin


Müəllif: Teleqraf.com